Ronaldonun sevgilisi  gün batanda   dənizdə elə poza  verdi ki... 
08 yanvar 2025 19:59 (UTC +04:00)

Ronaldonun sevgilisi gün batanda dənizdə elə poza verdi ki... 

Soyuq Laplandiyadan sonra qız ailəsi ilə Dubaya gedib.

30 yaşlı model və influencer Corcina Rodriqes və 39 yaşlı portuqaliyalı futbolçu Kriştino Ronaldo 5 övladı ilə birlikdə Milad bayramını qeyd etdikləri Laplandiyadan Yeni ili qeyd etdikləri Birləşmiş Ərəb Əmirliklərinə uçublar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, model oradan fotoları “Instagram” səhifəsində paylaşıb. Onların arasında kifayət qədər cəlbedici olanlar da var.
Belə ki, şəkillərin birində Corcina gün batanda dənizdə poza verib. 

Həmçinin, Ronaldonun sevgilisi və bəzi söz-söhbətlərə görə, artıq həyat yoldaşı çimərlikdə bikinidə necə günəşləndiyini göstərib.
Şəkillərə görə, ailə tətildə əla vaxt keçirib.

Xatırladaq ki, bundan əvvəl Corcina Rodriqes Ərəb Filmləri Festivalına transparan paltar geyinmişdi. O, açılış günü qırmızı xalçaya qara, dar, uzunqol libasda çıxıb və bu paltar da iri kristallarla bəzədilib. Belə paltar seçmək olduqca cəsarətli qərar idi, çünki o, bir az açıq olub, xüsusən də ombalarında.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar