43 yaşlı braziliyalı supermodel və "Victoria's Secret"in mələyi Adriana Lima “Instagram” səhifəsində maraqlı arxiv fotosunu paylaşıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, onun təxminən 30 il əvvəl 15 yaşında olarkən çəkdirdiyi ilk pasport şəklidir.
Limanın şəkli o qədər bəyəndiyi görünür ki, onu çərçivəyə salıb. "Bu foto məni mütləq başqa yerlərə apardı... 1996-cı ilə qədər", - Adriana yazıb.
Maraqlıdır ki, Adriananın model biznesinə yolu təsadüfən başlayıb.
O, rəfiqəsini gözəllik yarışmasında müşayiət edib və burada özü də iştirak edib və qalib olub. 15 yaşında o, “Braziliyanın supermodeli” müsabiqəsində birinci yeri qazanıb, daha sonra “Dünya supermodeli” müsabiqəsinin finalına çıxıb, sonra Nyu-Yorka köçüb və burada bir model agentliyi ilə ilk müqaviləsini imzalayıb. 1999-cu ildə ona dünya şöhrəti gətirən “Victoria's Secret”in siması olub.
Xatırladaq ki, bundan əvvəl braziliyalı Adriana Lima ərə gedib. Onun əri 2021-ci ildən münasibətdə olduğu 43 yaşlı kino prodüseri Andre Lemmersdir və 2022-ci il avqustun 22-də cütlüyün Sayan adlı oğlu olub. O, “Instagram” səhifəsində sevgililərinin əl-ələ tutduğu fotosunu nümayiş etdirib. Modelin barmağında çox böyük daşla nişan üzüyü var. Model yazıb: “Rəsmi olaraq xanım Lima Lemmers, adı Limersdir”.