İtaliya vitse-çempionu "Milan"ın yeni baş məşqçisi Serxio Konseysao klub tarixində (1930-cu ildən bəri) ilk kuboku bütün məşqçilərdən tez qazanıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bunun üçün ona 2 oyun lazım olub.
İtaliya Superkubokunun yarımfinalında "Yuventus"u 2:1 hesabı ilə məğlub edən "Milan" finalda "İnter"i 3:2 hesabı ilə qalib gəlib.
Serxio Konseysao dekabrın 30-da "Milan"ı çalışdırmağa başlayıb.