Moldovanın “Daçiya” klubu “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldoya müraciət edərək, futbolçunu karyerasını komandasında davam etdirməyə dəvət edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə klubdan açıqlama verilib.
"Kriştiano Ronaldo hələ “Əl-Nəsr” ilə müqaviləsini uzatmayıb və bu qış təkliflər üçün pulsuz olacaq! Biz “Daciya” Akademiyasında hesab edirik ki, onun futbolçu karyerasını davam etdirmək üçün ən yaxşı həll bir neçə səbəbə görə klubumuzdur.
Birincisi, o, digər rənglərə alışmaq məcburiyyətində qalmayacaq; biz də sarı və mavi rənglərdə oynayırıq. Karyerası başa çatdıqdan sonra ona klub rəhbərliyində beynəlxalq akademiya səfiri və ya uşaq qrupunun məşqçisi kimi yer vəd edirik (sənə “Mançester Yunayted” və ya “Real”a başçılıq etməzdən əvvəl karyeranı haradasa başlamaq lazımdır) Kriştiano, biz səni gözləyirik”, - komandanın sosial şəbəkələrdə dərc olunan bəyanatında deyilir.
Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.