Cennifer Lopez və Ben Afflek  boşandılar : Əmlakı necə böldülər?
07 yanvar 2025 19:05 (UTC +04:00)

Cennifer Lopez və Ben Afflek boşandılar: Əmlakı necə böldülər?

Məşhur amerikalı müğənni Cennifer Lopez və Oscar mükafatı laureatı aktyor Ben Afflekin münasibətləri Hollivudda ideal cütlük nümunəsi hesab olunurdu. Lakin onların nikahı yalnız iki il davam edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin avqust ayında müğənni boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə sənədlərinin tərtibindən 20 həftə sonra cütlük boşanmaq qərarına gəlib. Bundan əlavə, ulduz öz əvvəlki adı olan "Cennifer Linn Lopez"i geri qaytarmağı tələb edib.

Rəsmi boşanma sənədləri keçmiş cütlüyə yalnız fevralın 20-də təqdim olunacaq. Hər bir tərəf nikah dövründə əldə etdikləri əmlakla qalacaq. Cütlüyün ümumi sərvəti 550 milyon dollar təşkil edir ki, bunun 400 milyon dolları Lopezə məxsusdur.

Həmçinin Cennifer və Ben birlikdə yaşadıqları, dəyəri 61 milyon dollar olan Los-Ancelesdəki malikanələri ilə bağlı razılığa gəliblər. Lakin malikanənin necə bölüşdürüləcəyi hələ dəqiq məlum deyil.

İnsayderlərin məlumatına görə, müğənni uzun müddət ər-arvad münasibətlərini qorumaq üçün mübarizə aparıb və nikahı bitirmək istəməyib. Boşanma anında belə cütlük bir-birinə qarşı hisslər bəsləyib, lakin münasibətləri xilas etmək mümkün olmayıb. Bununla yanaşı, Cennifer Lopez onların hekayəsinin bitdiyi anda özünü yüngülləşmiş hiss edib.

"O, vəziyyəti anlamaq istəyirdi. Onlar bir-birlərini sevirlər. Cennifer asanlıqla təslim olan biri deyil," - mənbə bildirib.

Qeyd edək ki, məşhur ulduzlar ilk dəfə 2004-cü ildə münasibət qurmuşdular, lakin evlilik bağlamadan yollarını ayırmışdılar. 2022-ci ilin iyul ayında cütlüyün Las Veqasda gizli şəkildə evləndikləri məlum olmuşdu. Nikahın ikinci ildönümündə isə Cennifer aktyorla boşanmaq üçün müraciət edib. O zaman boşanmanın səbəbi "barışmaz ziddiyyətlər" olaraq göstərilib və tərəflər əlavə detallar açıqlamayıblar.

Xatırladaq ki, əvvəllər insayderlər Lopez və Afflekin boşandıqdan sonra ünsiyyət saxladıqlarını bildiriblər. Keçmiş həyat yoldaşlarının hansı münasibətdə olduqları barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Rəhman Mirzəlizadə

Oxşar yazılar