Balakəndə oğul küçədə atasını söyüb.
Lent.az xəbər verir ki, hadisə Tülü kəndində qeydə alınıb.
42 yaşlı Mirzə Yusubov (ad və soyad şərtidir) axşam sərxoş halda evə gələrkən yolda atasını görüb. Bu zaman o, əsəbi olduğu üçün atasını nalayiq ifadələrlə təhqir edib və evə gedərək münaqişə yaradıb.
Hadisə ilə bağlı ata polisə şikayət edib. Nəticədə Mirzə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Yusubov barəsində 5 gün müddətinə inzibati həbs cəzası təyin edilib.