"Bavariya"nın hücumçusu Harri Keyn komandadan ayrıla bilər.
Lent.az xəbər verir ki, 32 yaşlı ingilis futbolçunun müqaviləsində 2026-cı ilin yayında komandadan ayrılmaq istəsə, 68 milyon avrodan az məbləğdə sərbəst qalma bəndi var. Bildirilir ki, "Real" və "Barselona" növbəti yayda futbolçunu transfer etmək imkanını ciddi şəkildə nəzərdən keçirirlər.
Keyn 2023-cü ilin avqustundan Münhen klubunda çıxış edir. Bu müddət ərzində onun aktivində 104 oyun, 100 qol və 29 məhsuldar ötürmə var. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. Transfermarkt portalı onun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.