"Formula 1"ə görə bu yollarda hərəkət qismən məhdudlaşdırılır
02 sentyabr 2025 19:37 (UTC +04:00)

"Formula 1"ə görə bu yollarda hərəkət qismən məhdudlaşdırılır

0

Sentyabrın 2-də saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Lent.az-a bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

“Bakı Şəhər Halqası” sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar