Donald Trampla düşmən olan  Teylor Svift evlənir
27 avqust 2025 18:05 (UTC +04:00)

Donald Trampla düşmən olan Teylor Svift evlənir

Dünyaca məşhur amerikalı müğənni Teylor Svift ilk dəfə evlənir. İfaçı idmançı Trevis Kelsi ilə nişanlandığını elan edib.

Lent.az xəbər verir ki, şad xəbəri Svift pərəstişkarları ilə "Instagram" səhifəsində bölüşüb. Fotolarda amerika futbolçusunun müğənninin qarşısında diz çökdüyü an əks olunub.

“İngilis dili müəlliminiz və bədən tərbiyəsi müəlliminiz evlənməyə hazırlaşır”, –  kadrlara yazı əlavə olunub.

Bundan əlavə, Svift gələcək həyat yoldaşının ona hədiyyə etdiyi üzüyü də göstərib.

35 yaşlı Svift və Trevis Kelsinin münasibətləri ilk dəfə 2023-cü ilin oktyabrında ictimaiyyət qarşısına çıxdıqları gündən bəri fəal müzakirə olunurdu. Onların tanışlığının təşəbbüskarı isə idmançı özü olub.

Kelsi bir dəfə danışmışdı ki, o, Teylor Sviftə öz nömrəsini çatdırmaq üçün qolbaqdan istifadə etməyi planlaşdırıb. Müğənni həmin vaxt Kansas-Sitidəki Arrowhead stadionunda çıxış edirdi - Kelsi də məhz bu stadionda Chiefs komandası üçün oynayır. Lakin o, bunu etməyə vaxt tapa bilməyib.

Bu uğursuz cəhddən sonra Kelsi, Sviftə yaxın insanlardan (o cümlədən ailə üzvlərindən) kömək istəyib ki, diqqətini cəlb etsin. Bundan sonra müğənni özü onunla əlaqə saxlayıb və bir müddət sonra onlar Nyu-Yorkda görüşüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200

Oxşar yazılar