Bakı metrosunda sərnişin relsin üzərinə düşdü  - YENİLƏNİB
08 yanvar 2025 10:30 (UTC +04:00)

Bakı metrosunda sərnişin relsin üzərinə düşdü - YENİLƏNİB

Ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 7-də saat 22:44-də 18 yaşlı kişi Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".

Qeyd edək ki, dünən axşam saatlarında "Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

***

7 yanvar

Saat 22:45

 

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Lent.az Bakı Metropoliteninə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır yaralanıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 21:50-də “Ulduz” metrostansiyasından çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər şəxs açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Oxşar yazılar