Lukaşenko sevimli ətirinin  adını AÇIQLADI
07 yanvar 2025 17:08 (UTC +04:00)

Lukaşenko sevimli ətirinin adını AÇIQLADI

Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə hansı ətirə üstünlük verdiyini açıqlayıb. 

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, Lukaşenko 30 ildir ki, "Eternity" ətrinə üstünlük verdiyini bildirib. 

O, bu məlumatı siyasətçinin ətirinə diqqət çəkən jurnalistin sözlərinə cavab olaraq deyib: 

“Yeri gəlmişkən, prezidentlik həyatımdan bəri "Eternity"dən istifadə edirəm”.

Belarus prezidenti onun ətirinin hansı brendə aid olduğunu dəqiqləşdirməyib. 

Amma Calvin Klein moda evinin kişilər üçün "Eternity" xəttinin olduğu məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Ləman Sərraf

Oxşar yazılar