“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə klubundakı gələcəyi ilə bağlı qərar verməyə tələsmir.
Xatırladaq ki, futbolçunun “Əl-Nəsr”la müqaviləsi 2025-ci ilə qədərdir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, portuqaliyalı oyunçu gələcək üçün üç variantı nəzərdən keçirir.
Birincisi “Əl-Nəsr”lə müqaviləni uzatmaq və rəhbərlikdən heyəti ciddi şəkildə gücləndirməyi xahiş etməkdir.
Ronaldo Portuqaliyaya qayıtmaq imkanını da nəzərdən keçirir.
Kriştianonun üçüncü variantı peşəkar futbolçu karyerasını bitirməkdir.
Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.