Ad günündə  DƏHŞƏT:   İki dostunu öldürdü
06 yanvar 2025 12:54 (UTC +04:00)

Ad günündə DƏHŞƏT: İki dostunu öldürdü

Dolqoprudnıda ad günü şənliyində iki qonağı öldürən şəxs həbs olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir.

Cinayət yanvarın 4-də törədilib. Kişi 27 yaşını dostlarının əhatəsində qeyd edib. Bir anda ev sahibi ilə qonaqlar arasında münaqişə yaranıb. Həmin şəxs onlardan birinə bıçaqla xəsarət yetirib, ikincini isə televizor şnuru ilə boğub.

Həbs edilən şəxs dindirilmə zamanı hər şeyi etiraf edib və cinayətin motivinin şəxsi düşmənçilik olduğunu bildirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi “Qətl” ilə cinayət işi başlanıb. 

Hadisəni törədənə qarşı ittiham irəli sürülüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar