Dünən polislər tərəfindən nəzarətə götürülən türk fenomen Kerimcan Durmaz barədə yekun qərar qəbul olunub.
Lent.az-ın məlumatına görə, bu gün məhkəməyə çıxarılan fenomenə qanunsuz mərc reklamına görə həbs cəzası verildi.
***
7 yanvar
13:14
Türkiyənin məşhur sosial media fenomeni Kerimcan Durmaz həbs edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Kerimcan Durmazın 7258 saylı “Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında” qanunu pozması olub. Onun haqqında cinayət işi açıldığı məlum olub. Digər tərəfdən Kerimcan Durmaz səhnədə olarkən onun arxasındakı nəhəng ekranda qeyri-qanuni mərc saytlarının reklamlarının olduğu da iddia edilib.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan qanunsuz mərc yarışları ilə bağlı cinayət işində Mehmet Ali Erbil, Serdar Ortaçdan sonra indi də fenomen və DJ Kerimcan Durmaz nəzarətə alınıb. Mehmet Ali Erbil, Serdar Ortaç hazırda azadlıqdaır, sadəcə ölkədən kənara çıxmaqla əlaqədar məhdudiyyətləri var.