"Doqquz ay gecikdirib, sonda imtina verdilər" - İlkin Həsəni Azər Baxşəliyevdən danışdı
06 yanvar 2025 22:05 (UTC +04:00)

"Doqquz ay gecikdirib, sonda imtina verdilər" - İlkin Həsəni Azər Baxşəliyevdən danışdı

Mərhum aktyor Azər Baxşəliyevlə bağlı dostu İlkin Həsəni maraqlı fakt açıqlayıb.

Lent.az-ın məlumatına görə, Xəzər TV-də qonaq olan İlkin Həsəni deyib ki, Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılıbmış:

"Onu sevən tamaşaçılardan biri təmannasız donor olmaq istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Bir az da bu olay Azəri sarsıtdı..."

Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Oxşar yazılar