Uşaqlar arasında yayılan yeni virus NƏDİR?   - RƏSMİ AÇIQLAMA
06 yanvar 2025 13:33 (UTC +04:00)

Uşaqlar arasında yayılan yeni virus NƏDİR? - RƏSMİ AÇIQLAMA

“Hər il olduğu kimi, bu ildə mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır”.

Bu sözləri Lent.az-a danışan Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.

Pediatr qeyd edib ki, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir:

“Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır”.

“Evdə xəstə uşaq varsa digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”, - deyə o əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Ləman Sərraf

Oxşar yazılar