Sumı vilayətində qısqanclıq zəminində ikiqat qətl hadisəsi baş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə region polisindən məlumat verilib.
Polis əməkdaşlarının müəyyən etdiyi kimi, faciə spirtli içkilərin birgə istifadəsi zamanı baş verib.
“Stol arxasında yemək yeyilən zaman ər-arvad arasında mübahisə yaranıb, buna səbəb qısqanclıq olub. Münaqişə zamanı 22 yaşlı kişi 18 yaşlı arvadını vurub, sonra öz həyatına son qoyub”, - məlumatda bildirilib.