Bakı–Balakən qatarının hərəkəti  bərpa olundu
03 yanvar 2025 22:59 (UTC +04:00)

Bakı–Balakən qatarının hərəkəti bərpa olundu

“Azərbaycan Dəmir Yolları QSC (ADY) yanvarın 3-dən etibarən BakıBalakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir.

Lent.az xəbər verir ki, hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə təqribən 10 saata çatırdı.

Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur.

Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 manat, standart+ sinif üzrə 17,6 manat, biznes sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 manat, standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 63,3 manat Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 manat, standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 67,7 manatdır. BakıBalakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18, standart+ üzrə 27, biznes sinif üzrə 72 manatdan başlayır.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər.

Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb. Stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5088
avatar

Oxşar yazılar