Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini HƏBS EDİLDİ
05 yanvar 2025 08:47 (UTC +04:00)

Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini HƏBS EDİLDİ

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.

Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar