Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər - TƏFƏRRÜAT
06 yanvar 2025 23:09 (UTC +04:00)

Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər - TƏFƏRRÜAT

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.

Lent.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 21 yaşlı İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Azpetrol"un keçmiş prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.

Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.

Onu da əlavə edək ki, Rafiq Əliyev keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar