Hansı futbolçu  daha çox klubda   oynayıb? - İnanılmaz idman REKORDU
06 yanvar 2025 19:47 (UTC +04:00)

Hansı futbolçu daha çox klubda oynayıb? - İnanılmaz idman REKORDU

2021-ci ildə Sebastyan Abreu futbolçu karyerasını başa vurub.

Dörddə bir əsrlik peşəkar idman fəaliyyəti ilə uruqvaylı bir neçə nüfuzlu titulun sahibi olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Abreunun mükafat siyahısına 2011-ci il Amerika Kuboku, həmçinin Argentina və Uruqvay çempionatlarının bir neçə qızıl medalı daxildir.

İdmançı Ginnesin Rekordlar Kitabına da düşüb.

Kataloqun tərtibçiləri Abreuya bu statusu veriblər: “Ən çox klubda oynayan futbolçu”.

Sebastyan Abreu neçə klubda çıxış edib?

Uruqvaylı peşəkar klub karyerasının 25 ili ərzində... 32 futbol klubunun heyətində çıxış edib. Bu, rekord göstəricidir.

Abreu "Deportivo La Korunya", "Real Sosyedad", "River Pleyt" kimi əfsanəvi komandalarda da oynayıb.

Futbolçu Uruqvay, İspaniya, Braziliya, Argentina, Ekvador, Paraqvay, Çili, Meksika, Salvador, Yunanıstan və İsrail klublarında çıxış edib.

Abreu müxtəlif milli çempionatlarda 300-dən çox qol vuran məhsuldar hücumçu olub.

Hücumçu Uruqvay millisində çıxış edərkən 26 qol vurub.
İndi görkəmli uruqvaylının 48 yaşı var.

Hazırda o, məşqçiliklə məşğuldur. Abreu Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar