Bu orta səviyyəli model kifayət qədər güclü və böyük tutumlu batareyaya sahib olacaq. İlin əvvəlində elanın veriləcəyi gözlənilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Xiaomi brendi tezliklə Redmi Turbo 4 smartfonunu buraxmağa hazırlaşır. İnsayderlər bu cihaz haqqında nəyin diqqətəlayiq olacağını söyləyiblər.
Smartfon özünəməxsus şəkildə unikal olacaq - o, bu günlərdə təqdim olunan Dimensity 8400-Ultra çipsetini ilk alan olacaq. Bu, Dimensity 8300 seriyasını 24 faiz üstələyən və 40 faiz daha çox enerjiyə qənaət edən mobil platformadır. Yəni bizi çox məhsuldar bir cihaz gözləyir.
Cihaz həmçinin yüksək tutumlu akkumulyatorla - 6500 mAh və qiymət sinfinə görə kifayət qədər sürətli 90 Vt simli şarjla öyünür. Onun sayəsində tam şarj yarım saatdan az vaxt aparacaq.
Redmi Turbo 4-ün qalan xüsusiyyətləri dekabr ayında təqdim edilən Redmi Note 14 ilə üst-üstə düşəcək. 12 GB RAM, 50 meqapiksellik kamera və IP68 müdafizəsi.
Redmi Turbo 4-ün premyerası 2025-ci ilin əvvəlində baş tutacaq, yeni məhsul POCO X7 Pro kimi dünya bazarına çıxacaq. Təxminən 300 dollara başa gələcəyi gözlənilir.
Ötən il dekabın əvvəlində Xiaomi məşhur Poco brendindən yeni büdcə smartfonunu təqdim edib. Poco C75 modeli 6,88 düymlük displey, 5160 mAh batareya və dörd illik yeniləmələr aldı. Üstəlik, onun dəyəri 100 dollardan çox deyil.