Zambiyada bir polis sərxoş olub və məhbusları yeni ili ailələri ilə qeyd edə bilmək üçün kameralardan buraxıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, əməliyyat müfəttişi Firi sərxoş halda polis əməkdaşlarından zorla açarları götürüb, iki saxlama kamerasını açıb və 13 məhbusu buraxıb.
Hadisədən sonra müfəttiş polis bölməsində gizlənməyə çalışsa da, onu taparaq boşaldılmış kameralardan birinə salıblar. Qaçanlar axtarışa verilib.