2024-ün ən etibarlı  avtomobil MARKALARI
02 yanvar 2025 14:25 (UTC +04:00)

2024-ün ən etibarlı avtomobil MARKALARI

“HotCars” avtomobil portalı 2024-cü ilin ən etibarlı avtomobil markalarını açıqlayıb.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qeyd olunur ki, 2024-cü ildə 300 mindən çox avtomobilin (2000–2025-ci modellər) məlumatları təhlil edilib. 

Əyləclərin cırıltısı kimi xırda problemlərdən tutmuş, elektriklə işləyən avtomobillərin ciddi mühərrik, transmissiya və akkumulyator nasazlığına qədər problemlərin siyahısı tərtib edilib.

Beləliklə, Yaponiyanın “Subaru” şirkəti reytinqdə birinci yerdədir, onun avtomobillərinin etibarlılığı 68 balla qiymətləndirilir. Bu markanın modelləri yüksək keyfiyyətə malikdir. Bundan əlavə, maşınlar davamlıdır.

“Lexus” 65 xalla ikinci yerdədir. Bu avtomobillər ən yüksək etibarlılığı və rahatlığı özündə birləşdirir. Üstəlik, yalnız ənənəvi mühərrikləri olan modellər deyil, həm də hibrid modifikasiyaları etibarlılığı ilə məşhurdur.

Şərəfli üçüncü yeri mübahisəsiz etibarlılıq kralı adlandırılan “Toyota” qazanıb. “Toyota”nın 2024-cü ildə etibarlılıq reytinqi 62 baldır.

Bundan əlavə, 2024-cü ilin sonunda ən etibarlı avtomobil markalarının ilk onluğuna “Honda”, “Acura”, “Mazda”, “Audi”, BMW, “Kia” və “Hyundai” daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5964
avatar

Oxşar yazılar