Kürdə batan 13 yaşlı qızın  meyiti tapıldı - YENİLƏNİB
02 yanvar 2025 12:15 (UTC +04:00)

Kürdə batan 13 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Zərdab rayonundan keçən hissəsində batan yeniyetmə qızın meyiti tapılıb.

Lent.az xəbər verir ki, 13 yaşlı Saray Kərimlinin meyiti batdığı Əlvənd kəndindən 15-16 km aralıda aşkar edilib.

Onun meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

***
24 dekabr 2024-cü il, saat: 13:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Lent.az-ın əldə etdiyi məlumata görə, çayda batan şəxs Əlvənd kənd sakini 13 yaşlı qız S. Kərimlidir. Hadisənin motivləri hələlik bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Mehman Nəbiyev

Oxşar yazılar