Bu ölkədə boşanmaq bahalaşdı
02 yanvar 2025 11:41 (UTC +04:00)

Bu ölkədə boşanmaq bahalaşdı

Rusiyada nikahın pozulmasının dəyəri xeyli artıb.

Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, Vergi Məcəlləsinə edilən müvafiq dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.

Boşanmanın dövlət qeydiyyatı üçün dövlət rüsumu 650 rubldan (7 dollara yaxın) 5000 rubla (50 dolara yaxın) qədər artıb. Hər bir həyat yoldaşı müəyyən edilmiş məbləği ödəməlidir. Bu, həm məhkəmə, həm də qeydiyyat şöbəsi vasitəsilə boşanmaya aiddir.
Üstəlik, məhkəməyə iddia ərizəsi verərkən, iddiaçı daha 5.000 min rubl (49 dollardan çox) ödəməli olacaq.

Eyni zamanda, nikah üçün dövlət rüsumu eyni olaraq qalır - 350 rubl (3 dollardan çox). Ər-arvaddan birinin tələbi ilə boşanma, digəri məhkəmə tərəfindən itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya üç ildən çox müddətə cinayətə görə həbs cəzasına məhkum edilmişsə, eyni 350 rubla (3 dollardan çox) başa gələcəkdir.

2024-cü ildə boşanma üçün dövlət rüsumunun məbləği artırılıb. Təşəbbüs rus ailələrini gücləndirmək istəyi ilə izah edilib. Lakin bütün qanunvericilər bu yanaşma ilə razılaşmırlar. Məsələn, Dövlət Dumasının deputatı Svetlana Bessarab bu tədbirin effektivliyinə şübhə ilə yanaşıb, çünki onun sözlərinə görə, “tarix göstərir ki, heç vaxt xərclərin və qadağaların artırılması yolu ilə həll yolu əldə olunmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar