Azərbaycanlı milyarder  ötən il bu qədər qazanıb
02 yanvar 2025 13:40 (UTC +04:00)

Azərbaycanlı milyarder ötən il bu qədər qazanıb

Rusiyalı milyarderlərin sərvəti 2024-cü ildə 18,5 milyard dollar artıb. Bu, Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatlarında qeyd olunub.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, ən zəngin rusiyalı milyarder “Norilsk Nikel”in sahibi Vladimir Potanin olub. Onun sərvəti il ərzində 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb.

İkinci yerdə NLMK benefisiarı Vladimir Lisindir. O, 5,05 milyard dollar zənginləşib və 29 milyard dollara sahibdir.

Üçüncü yeri 2024-cü ildə 2,59 milyard dollar qazanan və 27,2 milyard dollar sərvətlə “Lukoyl”un həmsahibi Vahid Ələkbərov tutub.

Dördüncü və beşinci yerlərdə 24,8 milyard dollar sərvətlə “Novatek”in həmsahibi Leonid Mixelson və 24,2 milyard dollar sərvətlə “Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar