Biləsuvarda yeniyetmə “Tik-tok”da  gördüyünü hazırlamaq istədi, zəhərləndi
01 yanvar 2025 19:35 (UTC +04:00)

Biləsuvarda yeniyetmə “Tik-tok”da gördüyünü hazırlamaq istədi, zəhərləndi

Biləsuvarda yeniyetmə zəhərlənib.

Lent.az-ın verdiyi xəbərə görə Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin  səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası  bildirib ki, övladı “Tik-tok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

Fakt araşdırılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar