Hollivud aktrisası və müğənnisi Cennifer Lopez balaca bikini və tüklü çəkmələrdə çəkdirdiyi fotoya görə tənqid olunub.
Lent.az xəbər verir ki, tənqid dolu şərhlər “Daily Mail” saytında dərc olunub.
55 yaşlı Cennifer Lopez İnstaqramda kiçik qara bikinidə göründüyü şəklini yerləşdirib. Müğənni geyimini tüklü çəkmələr, kovboy üslublu papaq və qızıl boyunbağı ilə birləşdirib. Aktrisa saçlarını baş geyiminin altına toplayıb. Foto məşhur Aspendəki xizək kurortunda istirahət edərkən çəkilib.
“Daily Mail” oxucuları Cennifer Lopezi bu fotosuna görə tənqid ediblər.
“Sadəcə ayıbdır. 55 yaşında və hələ də belə davranır”, “O, paltarda daha gözəl görünür”, “Çox kədərli və həyəcan verici”, “Şübhəsiz ki, o, açıq geyimlərin ən böyük fanatıdır”, - istifadəçilər şərhlərdə yazıblar.