Qazaxıstanın Astana-Şuçinsk yolunda qar fırtınası zamanı 100-ə yaxın avtomobil bir-birinə çırpılıb.
Lent.az xəbər verir ki, onlarla insan qar fırtınası zamanı çölün ortasında maşınlarında qalıb. Zəncirvari qəza səbəbilə uzun tıxac yaranıb.
Yerli Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda hadisə yerində tədbir görür.