Türkiyədə məscidin imamı faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Sultanqazi qəsəbəsində baş verib.
Səhər tezdən sübh namazı üçün imamı olduğu məscidə motosikletlə gedən Əbdülkərim Kaba yol idarəsinin qazdığı çuxura düşüb. Onun ardınca gələn yük maşını kişinin üstündən keçib. Nəticədə zərərçəkən yerindəcə keçinib.
Mərhumun ailəsi yol idarəsinin qazdığı çuxurun doldurulmadığı üçün dövlət orqanından şikayətçi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.