Əksər insanlar hesab edir ki, ən yaxşı sevgi hekayələri qüsurlardan, anlaşılmazlıqlardan və ürək ağrısından azad olmalıdır. Amerikalı psixoloq Mark Travers bildirir ki, əsl sevgi mükəmməllik üzərində qurulmur.
Lent.az-ın məlumatına görə, psixoloq niyə “qüsursuz sevgi” axtarmamalı olduğumuzun dörd səbəbini açıqlayıb.
Traversin fikrincə, “mükəmməl sevgi” anlayışı nağıllarda və romantik komediyalarda formalaşan adi mifdir ki, öpüşlər və ya möhtəşəm jestlərlə problemlərin aradan qalxdığı gözəl münasibətləri ideallaşdırır.
"Əslində, cilalanmış povestlərdən fərqli olaraq, əsl məhəbbət qeyri-kamildir. Biz başqalarına özümüzün ideal variantını təqdim etməyə çalışarkən, real əlaqənin qarşısını alan bir fasad yaradırıq. Əsl sevgi, əksinə, partnyorların bir-birini həqiqətən tanıdığı və qəbul etdiyi əlaqələrdən yaranır”, - deyə psixoloq izah edib.
"Məsələn, çətin vəziyyətin öhdəsindən necə gələcəyinizi bilmədiyinizi etiraf etməyə utanmaq əvəzinə şam yeməyində danışıb gülmək güvən və səmimiyyəti artırmağa kömək edə bilər. Bu cür qarşılıqlı zəiflik dürüstlük üçün zəmin yaradır, hər iki tərəfdaşa öz həqiqi simalarını göstərməyə imkan verir" deyə Travers vurğulayıb.
Qeyri-kamillik sevginin ən böyük müəllimidir
Cəmiyyətin tez-tez sevgini asan və ahəngdar göstərməsinə baxmayaraq, əslində qeyri-kamil anlar münasibətləri gücləndirir.
O qeyd edib ki, birlikdə qarşılaşdığınız hər bir problem əlaqənizi dərinləşdirmək üçün bir fürsətdir:
“Anlaşmazlıqlar qarşılanmamış ehtiyacları, dilə gətirilməmiş istəkləri və ya gizli qorxuları üzə çıxara bilər və səhvlər bizə ortaq insanlığımızı xatırladır, bizə təvazökarlığı, məsuliyyəti və bağışlamağı öyrədir. Qeyri-kamilliyi qəbul edən münasibətlər inkişaf edir.
Məsələn, xüsusi bir tarixi unutmusunuzsa və ya incidəcək bir şey söyləmisinizsə, səmimi bir üzr istəmək və söhbət etmək əlaqələri gücləndirə bilər. Psixoloqun fikrincə, islah məqamları sevginin sabitliyini sübut etdiyi anlardır.