Rusiyanın avtomobil istehsalçısı “AvtoVAZ” 2025-ci il yanvarın 14-dən etibarən “Lada” avtomobillərinin qiymətlərini indeksləşdirəcək.
Lent.az xəbər verir ki, bu barədə müəssisənin məlumat yayıb.
“Çətin makroiqtisadi şəraitə baxmayaraq, şirkət bir sıra modellər və modifikasiyalar üzrə planlaşdırılan indeksasiyanın aparılacağı 2025-ci il yanvarın 14-nə qədər “Lada” avtomobillərinin cari qiymətlərini saxlayacaq”, – “AvtoVAZ”ın açıqlamasında deyilir.
Qiymət tənzimlənməsinin orta faizi yığılmış inflyasiya dəyərlərindən aşağı olacaq.
Qeyd olunur ki, 2024-cü ildə “AvtoVAZ” “Lada”nın qiymətini iki dəfə artırıb.
Şirkət xatırladıb ki, “AvtoVAZ”ın prezidenti Maksim Sokolov 2025-ci il yanvarın 1-dək qiymətləri artırmayacağına söz verib.