ABş-ın cənubunda fırtınalar zamanı 40-a yaxın tornado əmələ gəlib, azı 4 nəfər həlak olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Floridadan Virciniyaya güclü yağış, dağıdıcı küləklər, dolu və şiddətli tufanlar gözlənilir. Atlanta da risk altındadır.
Meteoroloq Frank Pereyra bildirib ki, ilin sonunda bu böyüklükdə şiddətli hava epidemiyasının baş verməsi olduqca nadirdir.
Qeyd olunur ki, pis hava şəraiti nəticəsində Missisipi ştatında iki, Texas və Şimali Karolinada bir nəfər ölüb.