Uşaqlar üçün Yeni il menyusunun hazırlanmasına diqqətlə yanaşmaq lazımdır, çünki uşağın orqanizmi yeməyə qarşı böyüklərdən daha çox həssasdır.
Lent.az-ın məlumatına görə, uşaq endokrinoloqu Daria Xaykina yeni il üçün hansı yeməklərin uşaqlar üçün uyğun olmadığını bildirib.
Yeni il günü uşaqlara nə yemək olmaz?
Birincisi, uşaqlarınıza heç vaxt ekzotik yeməklər verməyin.
İkincisi, uşaqlara çox yağlı və qızardılmış yeməklər verməməlisiniz. Bu, mayonezli salatlara da aiddir.
Mayonez əvəzinə həkim az yağlı xama və ya zeytun yağı istifadə etməyi məsləhət görüb.
Üçüncüsü, uşağınızın istəklərini nəzərə alın və onu bayram yeməklərini sınamağa məcbur etməyin.
Əgər uşaq sizdən ona kotletlə makaron bişirməyinizi xahiş edirsə, bunu edin.
Dördüncüsü, uşaqlar üçün yeməklər yalnız dadlı və sağlam deyil, həm də gözəl olmalıdır.
Uşaqlar üçün yeməyin görünüşü önəmlidir. Bişirdiyiniz yeməklər yalnız dadlı deyil, həm də cəlbedici olsun.
O, həmçinin uşaqları bayramdan əvvəl ac qoymamağı və şirniyyat qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.