Bakıda içərisində külli miqdarda pul olan ödəmə terminalı oğurlandı
30 dekabr 2024 15:10 (UTC +04:00)

Bakıda içərisində külli miqdarda pul olan ödəmə terminalı oğurlandı

Dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar