Almaniyanın "Bayer" klubunun lideri, yarımmüdafiəçi Qranit Xaka Yeni il tətilindən görünüşünü dəyişdiyini göstərən fotolar paylaşıb.
Lent.az xəbər verir ki, isveçrəli futbolçu həftə sonlarını həyat yoldaşı və uşaqları ilə dağlarda xizək sürərək keçirir. Fotolardan görünür ki, Xaka saçlarını demək olar ki, tamamilə qırxıb.
Qranit İnstaqram hesabında paylaşdığı fotolara "Ailə ilə vaxt ən yaxşı vaxtdır" deyə başlıq yazıb.
Cari mövsümdə yarımmüdafiəçi 24 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.