Bakıdan Aktauya uçan şəxsi təyyarədə problem yarandı
30 dekabr 2024 12:59 (UTC +04:00)

Bakıdan Aktauya uçan şəxsi təyyarədə problem yarandı

Bakıdan Aktauya uçan təyyarədə problem yaranıb.

Lent.az-ın Qazaxıstan mediasına istinadla məlumatına görə, təyyarədə sərnişin olmayıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, eniş normal olub, enişdən sonra təyyarədə nasazlıq yaranıb.

Aerodrom və yerüstü xidmətlər təyyarəni uçuş-enmə zolağından yedəkləyib.

Nazirlikdən əlavə ediblər ki, hava limanı açıqdır və normal rejimdə işləyir.

Qeyd olunub ki, söhbət şəxsi “Gulfstream” təyyarəsindən gedir.

Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən əlavə ediblər ki, hadisə saat 09:04-də baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar