Türkiyədə 7 min nəfərlik toy - Gəlinə 4 kilo qızıl, bəyə 10 milyon TL verdilər
07 oktyabr 2024 02:44 (UTC +04:00)

Türkiyədə 7 min nəfərlik toy - Gəlinə 4 kilo qızıl, bəyə 10 milyon TL verdilər

Türkiyənin Van vilayətində baş tutan qəbilə toyunda bəy və gəlinə bir neçə yüz min dollar məbləğində hədiyyə verilib.

Lent.az xəbər verir ki, toyda gəlinə 4 kilo qızıl (300 min AZN-ə yaxın), bəyə isə 10 milyon türk lirəsi (500 min AZN-ə yaxın) pul hədiyyə verilib.

Ertoşi tayfasının Ezdinan qolu ilə Pinyanişi tayfasının üzvləri Üzeyir Təkə və Həsrət Bilicinin toy mərasimi rəngli görüntülərə şahidlik edib.

Məlumata görə 200 baş xırdabuynuzlu heyvanın kəsilərək onlarla qazanda bişirildiyi və təxminən 7 min insanın iştirak etdiyi toyda gəlinə 4 kilo qızıl, bəyə isə 10 milyon TL dəyərində zinət əşyaları verilib.

Tonlarla ət xörəklərinin paylandığı toy mərasimində tayfa liderləri, ağsaqqallar, QHT rəhbərləri, iş adamları kimi ölkə daxilindən və xaricdən çoxlu qonaq iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar