Süni intellekt gözlənilən kimi çıxmadı - "iPhone 16" istehsalı azaldır
06 oktyabr 2024 22:50 (UTC +04:00)

Süni intellekt gözlənilən kimi çıxmadı - "iPhone 16" istehsalı azaldır

Bu yaxınlarda keçirilən tədbirdə maraqla gözlənilən iPhone 16 modelləri təqdim olundu.

Lent.az xəbər verir ki, bu yaxınlarda “Apple şirkəti “iPhone 16”, “iPhone 16 Plus”, “iPhone 16 Pro” və “iPhone 16 Pro Max” modellərini təqdim etmişdi.

“iPhone 16” modellərinin gözlənilənlərin əksinə müştəriləri məyus etdiyi müşahidə olunur.

Xüsusilə süni intellekt xüsusiyyətlərinə edilən investisiyaların istifadəçiləri heyran edə bilmədiyi və satışların azalmasına səbəb olduğu iddia olunur.

Təchizat zəncirinə göndərilən təlimatda “Apple”ın istehsalı azaltmağı xahiş etdiyi bildirilir. Məlumata görə şirkət növbəti üç ay ərzində çip tədarükü zəncirində 3 milyon azalma əmri verib.

Ekspertlər “iPhone 16” satışlarının hər il təxminən 15 faiz azalacağını təxmin edirlər.

Hesabatlarda bu azalmanın risk olduğu, “Apple Intelligence” strategiyasının yaxşı idarə edilmədiyi və gecikmiş yeniləmənin istehlakçıları yeni seriyalardan uzaqlaşdırdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar