Gizir balıq tutmaq istəyəndə Kürdə boğuldu  - YENİLƏNİB
07 oktyabr 2024 10:49 (UTC +04:00)

Gizir balıq tutmaq istəyəndə Kürdə boğuldu - YENİLƏNİB

Balıq tutarkən çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

Lent.az xəbər verir ki, o, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib.

Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

***

6 oktyabr, saat 18:18

Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.

Lent.az-ın xəbərinə görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 35 yaşlı Zəka Abdullayev Kürdə batıb.

Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4875
avatar

Oxşar yazılar