Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən verdiyi xəbərə görə, hərəkətdə olan "Lada" "KIA" ilə toqquşub.
Qəza nəticəsində iki nəfər 28 yaşlı Xaliq Heybət oğlu İsmayılzadə (arterial hipertanziya, döş qəfəsinin küt travması) və 53 yaşlı Yeganə Abasət qızı İsmayılova (burunun sınığı, döş qəfəsinin küt travması) xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.