Narkoman ana və körpəsi
15 iyul 2021 21:22 (UTC +04:00)

Narkoman ana və körpəsi

Valideynləri narkoman olan azyaşlı sığınacağa yerləşdirildi - RƏSMİ - YENİLƏNİB

 

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, azyaşlı uşaq sığınacağına yerləşdirilib.

***

18:47

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunandan sonra düşdüyü vəziyyətlə bağlı yayılan videolar nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, dərhal ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər. Araşdırma zamanı həmin ailə üzvləri ana - Arzu Mehdiyeva və ata - Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib: “Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Arzu Mehdiyeva və Valeh Balacayevin narkotik maddə aludəçisi olub-olmadıqlarını müəyyən etmək üçün onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər. Onların narkotik vasitələr aludəçisi olduqları təsdiq edilsə həmin şəxslərin məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndərilməsi təmin olunacaq. Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanda qərar qəbul ediləcək”.

***

saat 16:01

Bakıda ananın 2 yaşlı qızını diləndirməsi ilə bağlı araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirib ki, sözügedən faktla bağlı nazirliyə məlumat daxil olub:

"Hazırda fakt əsasında araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən sonra işə hüquqi qiymət veriləcək".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə bu barədə saytımıza bildirib ki, artıq sözügedən məsələ icraata götürülüb.

***

Saat: 15:41

Bakıda narkomaniyadan əziyyət çəkən ana qızını diləndirir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. Onun sözlərinə görə, adı hələ ki şəxsiyyəti məlum olmayan qadın narkotik almaq üçün 2 yaşlı qızını Qaraçuxur məscidinin qarşısında diləndirir:

“Əsas qorxumuz 2 yaşlı körpə ilə bağlıdır. Anası narkomandır. Hər gün axşam saatlarında körpəni Qaraçuxur məscidinin qarşısında diləndirir. Əldə etdiyi pulu isə narkotik almağa sərf edir. Qadının əri də narkomandır. Uşağın həyatı təhlükədədir. Suraxanı rayon İcra hakimiyyətinə müraciət edirəm. 2 yaşlı qız ailəsindən uzaqlaşdırılsın”.

Bakıda ana narkotik almaq üçün qızını diləndirir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11445
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar