Tuneldən keçə bilməyən  TIR qəzaya səbəb oldu - HADİSƏ ANI
04 fevral 2026 11:35 (UTC +04:00)

Tuneldən keçə bilməyən TIR qəzaya səbəb oldu - HADİSƏ ANI

0

Bakıda təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət və sürücü diqqətsizliyi qəzaya səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə dünən axşam saatlarında Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində qeydə alınıb. İlkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.

NİİM sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 

Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar