Təbrizdə etirazların 37-ci gecəsi də sakit ötüşməyib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə ötən gecə baş tutan aksiyalarda etirazçılar polis maşınını və İranın ali dini liderinin portretini yandırıblar.
Aksiya iştirakçıları "Azadlıq! Ədalət! Milli hökumət!" şüarları səsləndiriblər.
Aksiya hökumət qüvvələri tərəfindən dağıdılıb.