Sumqayıtda zibil qabına atılan uşağın  VİDEOSU   -  YENİLƏNİB
07 iyul 2021 13:00 (UTC +04:00)

Sumqayıtda zibil qabına atılan uşağın VİDEOSU - YENİLƏNİB

Yazıya foto əlavə olunub.

***

10:38

Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

***

6 iyul, 21.43

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.

# 25629
avatar

Oxşar yazılar