Sumqayıtda MOPEDLƏRİN ŞOUSU:  10 ölü, 19 yaralı - VİDEO
17 iyul 2023 13:03 (UTC +04:00)

Sumqayıtda MOPEDLƏRİN ŞOUSU: 10 ölü, 19 yaralı - VİDEO

Moped sürücüləri ciddi şəkildə yol hərəkət qaydalarını pozur. 

Lent.az-ın məlumatına görə, Sumqayıtda yol hərəkəti qaydalarını pozan moped sürücülərinin kamera görüntüləri yayılıb. 

Bu barədə sorğumuzu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Haciyev bildirib ki, Sumqayıtda, həmçinin respublikanın digər şəhər və rayonlarında qayda pozan moped sürücüləri müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. 

DYP rəsmisi həmçinin bildirib ki, bəzi moped sürücüləri dövlət qeydiyyat nişanının olmamasından istifadə edərək kobud qayda pozuntuları törədir, bununla da həm özlərinin, həm də digər yol hərəkət iştrakçılarının həyat və sağlamlıqları üçün təhlükə yaradırlar: "Baş Dövlət Yol Polis idarəsi belə srücülərə qarşı mütamadi olaraq nəzarət tədbirləri həyata keçirir. Hər kəs bilməlidir ki, heç bir yol iştrakçısı qanundan və məsuliyyətdən kənarda qalmır".

E.Hacıyev qeyd edib ki, bu ilin 6 ayı ərzində mopedlərin iştrakı ilə respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 26 yol nəqliyyat hadisəsi baş verib. Bunlardan 10-u ölümlə nəticələnib, 19 nəfər isə xəsarətlər alıb.
 

# 3759
avatar

Xədicə Novruzova

Oxşar yazılar