Baş Prokurorluq işğaldan azad olunan torpaqlarımzıda baş verən yanğınlarla bağlı sosial çarx hazırlayıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunur. Bildirilib ki, hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması yanğın hadisələrinə səbəb olur:
"Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar! “Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!”.