Hadisəyə sevgilisindən  EVLILİK TƏKLİFİ   -  VİDEO
21 yanvar 2022 11:21 (UTC +04:00)

Hadisəyə sevgilisindən EVLILİK TƏKLİFİ - VİDEO

Türkiyəli müğənni Hadisə ailə qurur.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçıya iş adamı olan sevgilisi Mehmet Dinçerler evlilik təklif edib. Hadisə həmin anın görüntülərini sosial şəbəkədə paylaşıb. O, şərh bölümünə "Bölümümüz indi başlayır" sözlərini yazıb.

Diqqətçəkən digər məqam Hadisənin barmağındakı üzüyü olub. Onun 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu üzə çıxıb.

Qeyd edək ki, Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir.  O, bundan əvvəl aktyor Kaan Yıldırımla sevgili olub.

# 3414
avatar

Yalçın UĞUR

Oxşar yazılar