Zibillə dolu konteyner
02 mart 2021 16:29 (UTC +04:00)

Zibillə dolu konteyner

Gözdən uzaq, könüldən iraq: Bakının köhnə problemi-VİDEO

Bakının köhnə problemi təəssüf ki, bəzi yerlərdə hələ qalmaqdadır.

Söhbət natəmiz saxlanılan zibil qutularından gedir. Belə ki, paytaxtın əksər yerlərində hələ də vaxtında boşaldılmayan, ətrafı təmizlənməyən zibilxanalar var. Lent.az-ın əməkdaşı çəkiliş zamanı da bu faktın şahidi olub. Bakının mərkəzində, mərkəzə yaxın qəsəbələrin isə abadlaşmış yerlərində bu mənzərənin şahidi olmasaq da, gözdən kənar yerlərdə zibillə dolu, ətrafı isə natəmiz olan zibilxanalara rast gəldik. Qutuların tam dolması azmış kimi, sakinlərin də gətirdikləri zibili yerə atması mənzərəni daha da bərbad göstərir. Xüsusən, Əhmədli qəsəbəsində zibil qutularının yaxınlığında sellofan torbalar, təkər tullantıları, boş şüşələr ərazinin diqqətdən kənar qalmasını açıq şəkildə əks etdirir.

Məsələ ilə bağlı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən Lent.az-a bildirildi ki, zibil qutuları gün ərzində 2 dəfə boşaldılır, həftədə 2 dəfə isə ümumi zibil yığılan ərazi dezinfeksiya olunur:

“Bakıda elə yerlər var ki, tullantıların daşınması gündə bir neçə dəfə həyata keçirilir. Zibilxanaların təmizliyinə görə, yerli mənzil kommunal təsərrüfat birlikləri və mənzil kommunal təsərrüfat sahələri məsuliyyət daşıyır. Plastik zibil qutularının gətirilməsinə ötən il Bakının Nərimanov rayonundan başlanıldı. İndi artıq paytaxtın 90 faiz hissəsində həmin konteynerlər yerləşdirilib”.

Departamentdən zibil yığan maşınların dezinfeksiya edilməsinə də aydınlıq gətirilib. Qeyd olunub ki, zibil yığan maşınlar hər gün növbədən gəldikdən sonra yuyulur və kimyəvi məhlullarla təmizlənir”.

Gözdən uzaq, könüldən iraq: Bakının köhnə problemi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3657
avatar

Mehman Nəbiyev

Oxşar yazılar